
“Komanda sayı artsa, mübarizə əzmini saxlamaq vacibdir”
“Həftəsonu istər televiziya vasitəsilə, istərsə də stadionda Azərbaycan Premyer Liqasının oyunlarını izlədim”.
Komanda.az xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O bildirib ki, çempionatdakı hər xalın böyük əhəmiyyəti var: “8 komandalı çempionat həm də o deməkdir ki, heç bir komandaya arxayınlaşmaq olmaz, hər oyun mübarizədir, hər xalın böyük əhəmiyyəti var. Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub-saxlamaq vacibdir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin