“Komanda şəklində yaxşı çıxış etdik”
“Sabah”ın məşqçisi Rövşən Babayevin Premyer Liqanın 6-cı turu çərçivəsində “Səbail”lə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, əslində “Sabah”ı bu oyuna müvəqqəti baş məşqçi təyin olunan İqor Ponomaryov çıxarmışdı. Amma onun lisenziyasının müddəti bitdiyi üçün konfransa Rövşən Babayev gəlmişdi.
Babayev 3:0 hesabıyla bitən matçı belə şərh edib:
- Əzmkar, yaxşı qələbə qazandıq. Uşaqlara “çox sağ ol” deyirəm.
- Hücum xəttində vəziyyət necədi?
- Ötən oyun pis çıxış etmişdilər. Bu gün isə komanda şəklində yaxşı çıxış etdik.
- İqor Ponomaryovla görüşmüsüzmü və komandada yüksəliş olduğunu demək olar?
- Bu həftə İqor müəllimlə danışdıq. Komandanı təhlil etdik. Yüksəliş var. Danışmışdıq ki, yaxşı oynayıb, 3 xal qazanaq.
- Ponomaryovun komandada qalacağını deyə bilərsiz?
- Bu gün bu haqda nəsə deyə bilmərəm.
- “Sabah”da geridönüş olduğunu deyə bilərik?
- Bu gün 3 xal vacib idi və qazandıq.
- Bu gün Yuri Vernidub oyunu canlı izləyirdi. Deyilənə görə “Sabah” onunla sabah müqavilə imzalayacaq…
- Bu haqda bir şey deyə bilmərəm.
- Bugünkü qolları hücumçular vurmadılar…
- Futbol komanda oyunudu. Bu gün yaxşı oynadıq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin