“Komanda oyuna yaxşı köklənmişdi” – Elmar Baxşıyev
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk görüşdən sonra açıqlama verib.
Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Komanda oyuna yaxşı köklənmişdi. Düşünürəm ki, hamı oyundan zövq aldı. Maraqlı oyun idi. 5 gündən bir oynayacağıq. Kubokda az da olsa, şansımız var.
“Qarabağ”a qarşı oyun baxımından komandam sürpriz etdi. Məğlub da ola bilərdik. Komandanın əziyyətinə dəydi. Razı qaldım. Baxımlı oynadıq.
Şans varsa, sona qədər çalışmaq lazımdır. Əlimizdən gələni etməyə çalışacağıq ki, mərhələni keçək. “Qarabağ” cütün favoritidir”.
Rövşən Əlisoy
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin