“Messi mənə dedi: “Bu, son dünya çempionatımdır, mən belə gedə bilmərəm”
Argentina millisinin yarımmüdafiəçisi Rodriqo de Paul komandanın lideri Lionel Messinin DÇ-2022-də Səudiyyə Ərəbistanı ilə matçdakı məğlubiyyətə (1:2) necə reaksiya verməsindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, “Messi bu uğursuzluqdan sonra çox narahat idi” deyə, bildirib:
“Bizim üçün dəhşətli nəticə oldu. Komandamız çoxdandır uduzmurdu, onun necə baş verdiyini artıq unutmuşduq. Messi bu uğursuzluqdan çox narahat idi, o, emosiyalarını gizlətməyə hər cür cəhd edirdi, çünki komanda onun münasibətindən ilhamlanır. Sonra özümüzü otağa bağladıq və o, mənə dedi: “Bu, son dünya çempionatımdır, mən belə gedə bilmərəm”.
Argentina millisi DÇ-2022-nin qalibi, Messi isə turnirin ən yaxşı oyunçusu olmuşdu.
Bizi Facebook-da izləyin