Poçettino “Çelsi”də nələri dəyişib? – Həmyerlisi açıqladı

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes baş məşqçi Maurisio Poçettinonun gəlişi ilə komandada nələrin dəyişdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, həmyerlisinin komandaya nizam-intizam gətirdiyini deyib:

“İş etikası başqa səviyyəyə keçib. Bu, hər şeyi müsbət mənada dəyişdi. Komanda indi tam gücü ilə işləyir”.

“Çelsi” hazırda 57 xalla Premyer Liqanın turnir cədvəlində 7-ci yerdədir.

Poçettino 2023-cü ilin mayından London komandasına rəhbərlik edir. 51 yaşlı mütəxəssislə müqavilənin daha iki il müddətinə uzadılacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button