Tuxel: “Tribunalardan heç bir enerji almadıq”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Uels yığması üzərində yoxlama oyununda 3:0 hesablı qələbəni şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu oyunda azarkeşlərdən dəstək görmədiklərini söyləyib:

“Yaxşı mütəşəkkil komanda ilə oyuna hazırlaşmaq üçün gün yarımımız var idi və çox yaxşı çıxış etdik. Fasilədə 3:0 öndə ola bildik.

Stadionda səssizlik hökm sürürdü. Tribunalardan heç bir enerji almadıq. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. 20 dəqiqə ərzində daha nə edə bilərdik? Rəqibimizin təzyiqdən çıxmasına icazə verdik. Ancaq komanda bu gün daha çox şeyə layiq idi”.

İngiltərə millisi ilk 20 dəqiqədə 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button