Runi: “Mançester Yunayted”in kütləvi şəkildə təmizlənməsinin vaxtıdır”
İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi keçmiş komandası “Mançester Yunayted”in heyətini dəyişməli olduğunu düşünür.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, komandanın kütləvi şəkildə təmizlənməsinin vaxtı çatdığını deyib:
“Komanda Bruno Fernandesin ətrafında qurulmalıdır. O, güclü xarakterə malik böyük oyunçudur. Qalanlarından qurtula bilərsiz. Komandanın heyətində yalnız keyfiyyətli gənc oyunçular qalmalıdır. Komandanın kütləvi şəkildə təmizlənməsinin vaxtıdır”.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirir. Erik ten Haqın komandası çempionatda 57 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin