Komanda.az-ın dağılmaqda olduğunu yazdığı stadionda təmir işlərinə başlanıb – FOTO
Keçən il Komanda.az saytında Buzovnadakı “Gənclik” stadionu haqda material təqdim etmişdik. Arenanın dağılmaqda olduğunu və baxımsız qaldığını xəbər vermişdik.
Artıq stadionda təmir işlərinə start verilib. Bu barədə Komanda.az-a İlqar Məmmədov adlı buzovnalı futbol azarkeşi məlumat verib. İlqar bəyin dediyinə görə, hazırda təmir işləri davam edir.
Təmiri “Baku Sportinq” FC-nın həyata keçirdiyi və yenidənqurma işlərindən sonra arenanın öz fəaliyyətini davam etdirəcəyi deyilir. Stadionda işlər tamamlandıqdan sonra gələcəkdə əsasən uşaq futbol komandaları məşq keçəcək.
Buzovnadakı stadionda vaxtı ilə “Xəzri” klubu ev oyunlarını keçirib. “Gənclik” stadionu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin balansındadır.
“Xəzri” (Buzovna) komandası 1992-ci ildə Bakı şəhərində, Buzovna qəsəbəsində yaranıb. Müxtəlif vaxtlarda “Xəzri”, “Xəzri-Eltac” adları ilə 4 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib. Bir dəfə gümüş medal, bir dəfə də bürünc medal qazanıb. Komanda bir dəfə də Azərbaycan kubokunun finalında oynayıb.
Bizi Facebook-da izləyin