“Liverpul” 6-7 il əvvəlki futbolu oynamır”

“Liverpul”un müdafiəçisi Joel Matip komandanın yeni mövsümdəki çıxışı haqda danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kamerunlu futbolçu “qırmızılar”ın fərqli üslubda oynamağa başladığını bildirib:

“Bu, mənim “Liverpul”da səkkizinci mövsümümdür və həmişə komandaya töhfə verməyə çalışmışam. Mənə ehtiyacınız varsa, orada olmaq və əlimdən gələni etmək istəyirəm. Baş məşqçi həmişə bizim oyun tərzimizi uyğunlaşdırmağa çalışıb və indi “Liverpul” 6-7 il əvvəlki futbolu oynamır. Biz hələ də uyğunlaşırıq, amma düşünürəm ki, hələlik işlər yaxşı görünür. Biz dörd turnirdə oynamalıyıq. Onların hər birində mümkün qədər uğurlu olmaq istəyirik”.

Matip 2016-cı ilin yayından Mersisayd klubunda çıxış edir.

“Liverpul” yeni mövsümdə Premyer Liqada 8 matçdan sonra 17 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button