“Komanda 4 ildir ki, bu anı gözləyirdi” – “Barselona”nın yarımmüdafiəçisi
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Napoli” üzərində qazanılan qələbəni (3:1) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu “Barselona”nın artıq 4 ildir ki, ÇL-in 1/4 finalına yüksəlməyi gözlədiyini bildirib:
“Artıq dörd ildir ki, bu komanda Çempionlar Liqasının 1/4 finalına yüksəlməyi gözləyirdi. Bu, klub, məşqçi, zədəlilər və azarkeşlər üçün əsl sevincdir. Önəmli olan bu matça çox yaxşı başlamağımızdır. Bəzi şanslarımız oldu və qapıya bir neçə zərbədən sonra mənimki hədəfə çatdı. Mən buna çox şadam”.
Lopes 2018-ci ilin martında Osman Dembelenin “Çelsi”yə qol vurmasından sonra Çempionlar Liqasının pley-off mərhələsində qol vuran ən gənc “Barselona”lı oyunçu olub.
Bizi Facebook-da izləyin