Koman ərəblərlə anlaşıb?
Fransalı futbolçu Kinqsli Koman yaxın günlərdə “Bayern”i tərk edə bilər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, onun Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməyə razılıq verdiyi barədə xəbərlər ortaya çıxıb. Lakin futbolçunun agenti bu məlumatı təkzib edib.
Komanla “Arsenal” da maraqlanır. Londonlular maaş baxımından “Əl-Hilal”la rəqabətə hazır deyillər, lakin futbolçuya yüksək səviyyədə yaxşı layihə təklif edə bilərlər. “Arsenal”ın baş məşqçisi Mikel Arteta hücum xəttində rəqabəti artırmaq istəyir.
Əvvəllər 28 yaşlı yarımmüdafiəçinin adı “Liverpul”la hallanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin