
Koman PSJ-dən niyə ayrılıb?
“Bayern”in yarımmüdafiəçisi Kinqsli Koman 2014-cü ildə PSJ-dən niyə ayrıldığını açıqlayıb.
Komanda.az “Get French Football News”a istinadən xəbər verir ki, Koman, Paris kubundan daha çox oynamaq arzusunda olduğuna görə ayrıldığını deyib:
“Söhbət pulda deyildi. Daha çox oynamağa layiq olduğumu düşündüm. Amma PSJ-də bunu əldə edə bilmədim. PSJ hazırda nəticə istəyir. İnkişaf edən gənc futbolçuları isə 3-4 il gözləmək lazımdır. Onların səbrləri çatmır”.
Koman bu mövsüm bütün turnirlərdə “Bayern”in heyətində 26 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə edib. 25 yaşlı fransalı futbolçunun Münhen klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin