“Bizim oyun üslubumuz yaxşıdır” – “Bayern”in futbolçusu
“Bayern”in vingeri Kinqsli Koman baş məşqçi Vensan Kompaninin oyuna yanaşmasında problem görmür.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, fransalı futbolçu oyun üslublarının yaxşı olduğunu bildirib:
“Bizim oyun üslubumuz yaxşıdır. Rəqibi çox sıxırıq, bu da özümüzü güclü hiss etdiyimiz zaman əla işləyir, indiki kimi. Müdafiə zəifliyi? Təbii ki, aktiv şəkildə güclü hücum edəndə arxada daha az oyunçu qalır. Biz komanda şəklində işləməyə hazır olmalıyıq”.
Deyilənə görə, belçikalı çalışdırıcı “Bayern”də çox riskli futbol oynadır ki, bu da komandanı güclü rəqiblər qarşısında aciz qoya bilər. Bu yaxınlarda UEFA Çempionlar Liqasında “Barselona”ya ağır məğlubiyyətdən (1:4) sonra klub daxilində şübhələrin artması ilə bağlı məlumatlar yer alıb.
Bizi Facebook-da izləyin