Məhkəməyə verilir! – Köməkçisini təhqir edib, maaşından tutub
“Tottenhem”in hücumçusu Riçarlison məhkəmə qarşısına çıxa bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu keçmiş köməkçisi tərəfindən məhkəməyə verilə bilər. Riçarlison heç bir xəbərdarlıq etmədən köməkçisini işdən çıxarıb ki, bu da onun mənəviyyatına təsir edib. Eyni zamanda, oyunçu əməkdaşlıq zamanı tez-tez köməkçisinin maaşından tutub və onu şifahi təhqirlərə də məruz qoyub.
27 yaşlı hücumçu İngiltərə Premyer Liqasının bu mövsümündə iki oyun keçirib, qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin