“Keçmiş köməkçimin 15 yaxını vəfat edib” – Türkiyəli baş məşqçi
“Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Türkiyədə baş verən zəlzələlər səbəbindən köməkçisi Ayxan Tenbeloğlunun 15 yaxınını itirdiyini bildirib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, cərəyan edən hadisələri çox üzücü adlandırıb:
“Bu, çox üzücü hadisədir. Hazırda Sivasdayıq. Hamı şokdadır. Sübh tezdən keçmiş köməkçim, hazırda “Hatayspor”da çalışan Cengiz Xocaya zəng etdim. Oradakı vəziyyəti öyrəndim. Onun 15 yaxını vəfat edib”.
Fevralın 6-da Türkiyənin cənubundakı Kahramanmaraş ərazisində 7,7 bal gücündə silsiləli zəlzələlər qeydə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin