“Barselona” futbolçusunu icarəyə verdi

“Barselona”nın futbolçusu Aleks Kolyado karyerasını icarə əsasında “Elçe”də davam etdirəcək.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu futbolçunun maaşının 50 faizini ödəyəcək. 23 yaşlı ispaniyalı ilə icarə müqaviləsi 1 illikdir. Razılaşmaya əsasən, gələn yay futbolçunun hüquqlarının geri alınması nəzərdə tutulmayıb.

Kolyado 2010-cu ildən “Barselona”da çıxış edir.

Yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında “Qranada”da keçirib. Onun hesabında 17 oyun, iki qol və bir məhsuldar ötürmə var.

Bizi Telegramda izləyin