
Falkao “Qalatasaray”dan ayrılır?
Kolumbiyalı futbolçu Radamel Falkao “Qalatasaray”dan ayrıla bilər.
Komanda.az xəbər verir ki, 33 yaşlı hücumçu karyerasını ABŞ-da davam etdirmək istəyir. Bu barədə kolumbiyalı jurnalist Jorje Baravelle məlumat yayıb. Baravelle Falkaonun MLS klubları il görüşdüyünü və qış fasiləsində ABŞ-a üz tuta biləcəyini deyib.
Türkiyəyə gəldikdən sonra tez-tez zədələnən Falkao, “Qalatasaray”la cəmi 5 oyuna çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin