Kolumbiyalı futbolçu İtaliyada klubunu dəyişdi

Kolumbiya millisinin futbolçusu Xuan Kuadrado İtaliyada klubunu dəyişib.

Komanda.az xəbər verir ki, 37 yaşlı futbolçu “Atalanta”dan A Seriyasının digər təmsilçisi “Piza”ya keçib. Bu barədə “Piza”nın mətbuat xidməti məlumat yayıb.

“Piza” 2025/2026 mövsümündə A Seriyasında mübarizə aparmaq hüququ qazanıb.

Kuadrado daha əvvəl İngiltərədə “Çelsi”, İtaliyada “Yuventus”, “Udineze”, “Leççe”, “Fiorentina” və “İnter” kimi klubların formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button