
22 yaşlı futbolçu vəfat edib
Kolumbiya Futbol Federasiyası gənc futbolçu Andres Balantanın vəfat etdiyini elan edib.
Onun infarkt keçirdiyi ehtimal edilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gənclərdən ibarət millinin 22 yaşlı dayaq yarımmüdafiəçisi məşq zamanı huşunu itirib.
Ötən mövsüm Andres Balanta “Deportivo Kali”nin heyətində Kolumbiya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin