Milli komandada itki – 5-7 həftə olmayacaq
Kolumbiya millisi ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, yığmanın hücumçusu Luis Muriel zədələnib. Bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Amerika kuboku-2019-un ilk turunun Argentina ilə matçında (2:0) zədələnən Muriel, yığmanın heyətindən çıxarılıb və Amerika kubokunun qarşıdakı oyunlarında iştirak etməyəcək.
28 yaşlı hücumçunun 5-7 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin