“Atletiko”nun sabiq hücumçusu karyerasını bitirdi
Kolumbiya milli komandasının və “Atletiko”nun sabiq hücumçusu Cekson Martines karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu özü məlumat yayıb. Martines, peşəkar futbolçu karyerasını bitirdiyini açıqlayıb.
Karyerası ərzində Portuqaliyada “Portu”, “Portimonense”, İspaniyada “Atletiko”, Çində “Quanqzou Everqrande” kimi klublarda çıxış edən Martines, Kolumbiya yığmasında da 40 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin