Kolumbiya millisinin sabiq üzvü İngiltərə klubunda

Kolumbiya milli komandasının sabiq üzvü Karlos Sançes karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 35 yaşlı müdafiəçi “Uotford” klubu ilə müqavilə imzalayıb. Bu barədə Çempionşip təmsilçisi məlumat yayıb. Sançes mövsümün sonuna qədər “Uotford”un şərəfini qoruyacaq.

Karyerası ərzində Fransada “Valensiyennes”, İtaliyada “Fiorentina”, İspaniyada “Espanyol”, İngiltərədə “Aston Villa”, “Vest Hem” kimi klublarda çıxış edən Sançes, 2020-ci ilin yayından işsiz idi. Müdafiəçi Kolumbiya yığmasında 88 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button