
Kolo-Muani İtaliya klubu ilə razılıq əldə edilməsini gözləyir
PSJ-nin hücumçusu Randal Kolo-Muani yeni mövsümdə də karyerasını “Yuventus”da davam etdirmək niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard digər klublarla danışıqlar aparmır və yalnız tərəflərin razılığa gəlməsini gözləyir.
“Yuventus” və PSJ arasında danışıqlar çətin olsa da, gözlənilir ki, transfer pəncərəsi bitməzdən əvvəl razılıq əldə olunacaq.
Kolo-Muani ötən mövsümün ikinci yarısını icarə əsasında Turin klubunda icarə əsasında keçirib. O, 22 oyunda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



