“Turin azarkeşləri qarşısında oynamaqdan qürur duyacam” – Yeni transfer
Randal Kolo Muani PSJ-dən icarə əsasında “Yuventus”a keçidi haqda danışıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, fransalı hücumçu bu klubda olmaqdan çox xoşbəxt olduğunu bildirib:
“Mən burada olmaqdan çox xoşbəxtəm. “Yuventus” böyük klubdur. Bu formanı geyinib Turin azarkeşləri qarşısında oynamaqdan qürur duyacam. Yeni komandamla meydana çıxmağı səbirsizliklə gözləyirəm”.
26 yaşlı forvard Fransa çempionatının cari mövsümündə 10 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Yuventus” A Seriyasının 21 turundan sonra 37 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin