“Köln”ə koronavirus da əngəl olmadı
Almaniyanın “Köln” klubu 3 futbolçusunda koronavirus aşkarlanmasına baxmayaraq, məşqlərə fasilə verməkdən imtina edib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisinin futbolçuları klubun bazasında hazırlaşırlar.
Bundesliqada 2019/20 mövsümünün bərpası ehtimalı çox olduğundan, digər elita klubları kimi, “Köln” də qalan 9 oyun üçün hazırlığı davam etdirməyə qərar verib.
Klub rəhbərliyinin qərarına əsasən, futbolçular arasında sosial məsafə və gigiyena qaydalarına xüsusi əməl olunur.
Qeyd edək ki, “Köln”ün mətbuat xidməti ötən gün futbolçu və məşqçi heyətindən götürülən analizlərdən üçündə koronavirus aşkarlandığını açıqlamışdı. Onların hər üçü hazırda karantinə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin