Kollinadan penalti zərbəsi ilə bağlı yeni təklif

FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina hesab edir ki, qapıçı matç zamanı 11 metrlik məsafədən zərbəni dəf edə bilsə, vuruşu bitirmək variantı ləğv edilməlidir. Yəni, penaltini yerinə yetirən futbolçu və ya komanda yoldaşları rəqib qapıçının qaytardığı topa təkrar zərbə endirməməlidir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq referi ən yaxşı həll yolunun bir zərbə olduğunu düşünür:

“Beynəlxalq Futbol Assosiasiyaları Şurasında apardığımız müzakirələrdə artıq fikrimi bildirmişəm. Düşünürəm ki, ən yaxşı həll yolu bir zərbə olardı. Bu, əlavə vaxtdan sonra penalti kimidir: ya qol vurursan, ya da qapıçı zərbəsi ilə oyunu yenidən başlayırsan, vəssalam. Beləliklə, ümumiyyətlə, penaltidən əvvəl yaranan lüzumsuz hay-küyün qarşısını ala bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button