“Köhnə kişi” – Zaur Axundov

Kürşad

Misir Əbilovdan sonra Azərbaycan futbolunun ikinci “ölməz Kaşşey”i olan Zaur Axundovun “Araz-Naxçıvan”ının futbolçusu “Turan Tovuz”un legionerinin sifətinə təpiklə vurub, gözünün altını deşib, şişirdib. Bu döyüş səhnəsinə Tovuz stadionundakı azarkeşlərlə yanaşı, baş hakim Elçin Məsiyev də şahidlik edib. Bu adam keşkə hakimlik də edə bilsəydi…

Hə, gələk Naxçıvanın “qaçqın komandası” “Araz-Naxçıvan”a və onun qüdrətli rəhbəri Zaur Axundov həzrətlərinə.

Axundov qədər yaşım olmasa da, hərdən mənə elə gəlir ki, bu şəxs Azərbaycan futbolunda həmişə olub. Müxtəlif adlar altında olan komandalarla. Amma həmişə olub. Hətta düşünürəm ki, ümumiyyətlə, Axundov futbol İngiltərədə yarandığı gündən bu idman növünün içindədir. Xüsusən də, Azərbaycan futbolunun hər cikini-bikini bilir, hakimləri, klubları tanıyır. Axundov öz gücü ilə, oyunla irəli getməyin mümkün olmadığını anlayanda da “silah”ı yerə qoymayan, təslim olmayan tiplərdəndir, bizim futbolun “köhnə kişilər”indədir. “Ölməz Kaşşey”dir Axundov.

Bilmirsiz, əvvəlinci “ölməz Kaşşey” Misir Əbilov yaşayır, yoxsa..?

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button