
Koçuk ehtiyatda qaldı, Moldova Türkiyədə 4 qola üzüldü – VİDEO
Futbol üzrə Moldova yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Səbail”in futbolçusu Yevgeni Koçukun formasını geyindiyi sözügedən komanda ikinci tur çərçivəsində səfərdə Türkiyə ilə qarşılaşıb.
H qrupu çərçivəsində baş tutan oyun moldovalıların məğlubiyyəti ilə başa çatıb – 0:4.
Koçuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Moldova yığması 2 turdan sonra 0 xalla qrup sonuncusu, maksimum nəticə göstərən Türkiyə isə birincidi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin