Klubunu tərk etmək istəmir – “Bayern”in izlədiyi futbolçu
“Bayer” (Leverkuzen) rəhbərliyi komandanın yarımmüdafiəçisi Florian Virtsin performansını yaxından izləyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, elə “Bayern” klubu da mümkün transfer məsələsi ilə bağlı futbolçunu diqqətdə saxlayıb.
Almaniyalı futbolçu təxminən 1 ilə yaxın ciddi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalıb.
Virts yayda “Bayer”dən ayrılmaq niyyətində deyil. Çünki o, formasını daha da inkişaf etdirmək istəyir.
O, cari mövsümdə Bundesliqada 13 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin