Klubunu dəyişə bilər – Bu yay

“Roma”nın hücumçusu Paulo Dibala bu yay A Seriyası klubunu tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

“Canavarlar”ın baş məşqçisi Joze Mourinyo postundan ayrılmasa, argentinalı futbolçu Roma komandasını tərk edəcək. Həmçinin, “Roma” bu mövsüm Çempionlar Liqasına vəsiqəni əldən verərsə, Dibala komandasını dəyişə bilər.

“İnter”in futbolçu ilə yaxından maraqlandığı bildirilir.

Dibalanın “Roma” ilə müqaviləsində 12 milyon avroluq sərbəst qalma maddəsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button