Klubunu dəyişə bilər – “Roma” icazə verir

“Roma” yayda hücumçu Temmi Abrahamın klubunu dəyişməsinə icazə verə bilər.

Komanda.az “Il Messaggero”-ya istinadən xəbər verir ki, “canavarlar”ın baş direktoru Tiaqo Pinto ingiltərəli forvard üçün 45 milyon avro tələb edir.

Abrahamın əvvəlki klubu olan “Çelsi” oyunçunu 80 milyon avroya geri almaq hüququna malikdir. Lakin London klubu bu addımı atmağı düşünmür.

Temmi ilə maraqlanan klublar arasında “Aston Villa” və “Mançester Yunayted” var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button