Klubuna zədə ilə qayıdıb

“Atletiko”nun yarımmüdafiəçisi Rodriqo De Paul Argentina millisində olarkən bud əzələlərini zədələyib.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

“Atletiko”nun rəsmi saytında yer alan məlumatda bildirilir ki, futbolçu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Boliviya ilə oyunda (3:0) əzələ narahatlığı hiss edib. Hazırda 29 yaşlı oyunçu idman zalında reabilitasiya proqramı çərçivəsində fizioterapiya seansları keçir və məşqlər edir. De Paulun yaşıl meydanlara qayıtma vaxtı barədə məlumat yoxdur.

De Paul 2021-ci ildən “Atletiko”da çıxış edir. Futbolçu karyerası ərzində İtaliyanın “Udineze”, İspaniyanın “Valensiya” və Argentinanın “Rasinq” klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button