“Mənim də “Atletiko”da çox yaxşı dövrlərim olub” – Feliks
“Barselona”da icarə əsasında çıxış edən “Atletiko”nun hücumçusu Joao Feliks baş məşqçi Dieqo Simeonenin fikirlərini qəbul edə bilmədiyini etiraf edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Atletiko”da yaxşı dövrlərinin olduğunu dilə gətirib:
“Bu, futboldur. Bir şey səhv olarsa, komandanı dəyişməlisən. “Çelsi”də çalışdım, indi “Barselona”dayam, çünki “Atletiko”da yaxşı oynaya bilmədim. Klubun və baş məşqçinin ideyalarına uyğunlaşa bilmədim. Amma həmişə əlimdən gələni etməyə çalışmışam. Mənim də “Atletiko”da çox yaxşı dövrlərim olub”.
Feliks bu mövsüm kataloniyalıların heyətində bütün yarışlarda üç oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin