Sabiq klub rəsmisi “Xəzər Lənkəran”la bağlı söz-söhbətə aydınlıq gətirdi: “Bu məsələ yayda olmuşdu”

“Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovun klubun fəaliyyətini bərpa etmək yolunda ilk addımı atdığı deyilir. Bildirilir ki, iş adamı nümayəndələri vasitəsi ilə artıq AFFA rəhbərliyi ilə danışıqlara başlayıb.

Bununla bağlı bölgə təmsilçisinin mətbuat xidmətinin sabiq rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq.

Cəbrayıloğlu Komanda.az-a açıqlamasında onda belə bir məlumat olmadığını bildirdi:

“Məndə belə bir məlumat yoxdur. Bu məsələ yayda olmuşdu. Hazırda aktual deyil. Nə stadionda hansısa təmir-bərpa işləri gedir, nə də klubun fəaliyyətinin bərpası ilə bağlı hansısa irəliləyiş var. Yayda danışıqlar olmuşdu, amma razılıq əldə olunmadı”.

2004-cü ildə yaradılan “Xəzər Lənkəran” 2016-cı ildə tarixin yaddaşına köçüb. Komandanın fəaliyyətini dayandırmasına səbəb Premyer Liqada sonuncu yeri tutaraq, 1-ci Liqaya yuvarlanması olmuşdu.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button