“Əlbəttə, Ronaldo “Mançester Yunayted”də qalacaq” – Ferdinand

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand hücumçu Kriştiano Ronaldonun klubdan ayrılmaq istəyinə münasibət bildirib. 

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, o, Ronaldonun başqa kluba getmə imkanı olmadığını deyib:

“Əlbəttə, Ronaldo “Mançester Yunayted”də qalacaq. Aydındır ki, klubun onu buraxmağa imkanı yoxdur, problem budur. “Mançester Yunayted” indi transfer bazarında 20 qol vuran futbolçunu hardan tapacaq? Kriştianonu satsalar, kimi alacaqlar?”

Ronaldo son mövsümdə “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button