Klubun idman direktorunu özü seçəcək
“Liverpul”un baş məşqçisi Yurgen Klopp yay transfer pəncərəsində komandanı gücləndirmək üçün çalışacaq idman direktorunu şəxsən özü seçəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb. Məlumata görə, bu qərarı İngiltərə klubunun rəhbərliyi verib.
55 yaşlı Klopp 2015-ci ilin oktyabrından “Liverpul”u çalışdırır. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi hesablanıb.
“Liverpul” bu mövsüm Premyer Liqanın 22 oyununda 35 xal toplayıb və turnir cədvəlində 8-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin