![Amorim](https://komanda.az/wp-content/uploads/2024/04/stal-izvesten-glavnyj-klub-zainteresovannyj-v-naznachenii-rubena-amorima_17121050741122843408-732x470.jpg)
Amorim narahat deyil
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandasının zəif çıxışına baxmayaraq, özünü güvəndə hiss edir.
Komanda.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı İngiltərə kuboku çərçivəsində keçirəcəkləri “Lester”lə oyun öncəsi mətbuat konfransında klubun idarə heyətinin dəstəyini hiss etdiyini bildirib:
“Klubun idarə heyətinin dəstəyini hiss edirəm. Mən bu barədə qətiyyən narahat deyiləm. Ən çətin şey məğlubiyyət acısı ilə mübarizə aparmaqdır”.
Amorim zəif nəticələrə görə qovulan Erik ten Haqın yerinə noyabrda “qırmızı şeytanlar”ın başına keçib. Dəyişiklikdən sonra komandanın Premyer Liqadakı mövqeyi o qədər də yaxşılaşmayıb.
“Mançester Yunayted” hazırda ölkə çempionatında turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin