“Klubun əsirgəməyə bir “qəpiy”i də yoxdur” – “Bayern”in prezidenti
“Bayern”in prezidenti Ulli Höness mümkün yeni transferlərdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti kimsə komandanı tərk etmədikcə, daha transfer olmayacağını bildirib:
“Kimsə komandanı tərk etmədikcə daha transfer olmayacaq. Klubun əsirgəməyə bir “qəpiy”i də yoxdur”.
Daha əvvəl kanadalı müdafiəçi Alfonso Deyvisin Münhen nəhəngini tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı. Tərəflər gələn ilin yayında başa çatacaq müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyiblər. “Real” Deyvislə müqavilə imzalamaqda maraqlıdır.
“Bayern” ötən mövsüm zəif çıxış edərək, Bundesliqanın turnir cədvəlində 3-cü yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin