Kuman: “Xavinin “Barselona”dan getməsi kədərlidir”

Niderland millisinin çalışdırıcısı Ronald Kuman Xavinin “Barselona”nın baş məşqçi postundan istefa verməsindən danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı, Xavini yaxşı tanıdığını bildirib:

“Bu, kədərlidir. Xavini yaxşı tanıyıram. O, çox yaxşı insan və məşqçidir. Onun klubdan getməsi kədərlidir, nə baş verdiyini bilmirəm. İnsanda belə bir təəssürat yaranır ki, klubun əfsanələri “Barsa” rəhbərliyi üçün heç bir əhəmiyyət kəsb etmir”.

“Barselona” ötən mövsümü İspaniya çempionatında 2-ci yerdə başa vurub. Kataloniya komandasını yeni mövsümdə almaniyalı mütəxəssis Hans-Diter Flik çalışdıracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button