Klublarda maaş limiti tətbiq edilə bilər – Açıqlama

UEFA klublarda maaş limiti tətbiq etməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın prezidenti Aleksander Çeferin BBC-yə açıqlamasında deyib.

O, Avropa klublarının bu ideyanı dəstəklədiyini bildirib:

“Böyük, kiçik və milyarderlərə məxsus klublar – hamısı razıdır. Gələcəkdə maaş limitini ciddi şəkildə düşünməliyik. Büdcələr qalxsa, rəqabət balansımızda problem yaşanacaq. Beş klub həmişə qalib gəlirsə, artıq bunun mənası yoxdur”.

Çeferin bu məsələnin hamıya aid edilməli olduğunu da deyib:

“Bu, kollektiv sözləşmə olmalıdır. Biri etsə, hansısa liqalar etməsə, mənasız olacaq. Ümid edirəm ki, bunu tez zamanda həyata keçirəcəyik. Hələlik belə qayda var, 2024-cü ildən sonra gəlirinizin 70 faizə qədərini maaşlara və transferlərə xərcləyə bilərsiz. Lakin gəliriniz beş milyarddırsa, 70 faiz də kifayət qədər çoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button