“Klublarda əcnəbi futbolçular çoxdur ki, bu da Azərbaycan millisinə kömək etmir” – De Byazi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi açıqlama verib.

Komanda.az xəbər verir ki, “abcnews”-a danışan italiyalı mütəxəssis işindəki çatışmazlıqlardan şikayətlənib: 

“Azərbaycan millisi ilə təcrübəm yaxşı gedir. Biz çox inkişaf edirik. Aydındır ki, futbolçuların keyfiyyətinin aşağı olması baxımından bəzi struktur çətinliklərimiz var. Klublarda əcnəbi futbolçular çoxdur ki, bu da Azərbaycan millisinə kömək etmir”.

O, daha əvvəl çalışdığı Albaniya millisindən də danışıb:

“Ümid edirəm ki, AÇ-2024-ə yüksələ bilərlər. Hətta bunu edəcəklərinə də şübhə etmirəm. Seçmə mərhələni birinci yerdə başa vurmaq üçün hər şeyə sahibdirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button