Klublararası dünya çempionatının ən yaxşı futbolçusu bilindi
Klublararası dünya çempionatının ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, bu, İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Tyaqo Silvadır. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Silva eyni zamanda, “Palmeyras”a (Braziliya) qarşı keçirilən final matçının da ən yaxşısı seçilib.
“Çelsi” həlledici matçda “Palmeyras”ı 2:1 hesabıyla məğlub edərək, çempion olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin