
Klublararası dünya çempionatının vaxtı açıqlandı
2022-ci ildə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının tarixi məlum olub.
Komanda.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq turnir 3-12 fevralda keçiriləcək. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Yarışın püşkatma mərasimi bu gün, İsveçrənin Sürix şəhərində olacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Klublararası dünya çempionatında Səudiyyə Ərəbistanının “Əl-Hilal”, Meksikanın “Monterrey”, Yeni Zelandiyanın “Oklend Siti”, BƏƏ-nin “Əl-Cəzirə”, İngiltərənin “Çelsi” və Braziliyanın “Palmeyras” komandaları iştirak edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin