Klublararası DÇ-nin 2 milyardlıq göstəricisi

Klublararası dünya çempionatını iki milyard tamaşaçı izləyib.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, yarışın ümumi auditoriyası iki milyard tamaşaçı olub. Eyni zamanda, izləyicilərin təxminən 5 faizi premium xidmətə abunə olub.

“Palmeyras”ın 1/8 finala, “Fluminense”nin isə yarımfinala yüksəlməsindən sonra reytinqlərin xüsusilə, Braziliyada yüksək olduğu qeyd edilib. “Çelsi”nin “Los-Anceles”lə matçını isə DAZN proqramında 8 milyon tamaşaçı izləyib və Böyük Britaniyadakı sublisenziya nəzərə alınmaqla ümumi auditoriya 25 milyona yaxın izləyiciyə çatıb.

“Çelsi” turnirin final oyununda PSJ-ni məğlub edərək (3:0, kuboku qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button