Klublararası dünya çempionatı təxirə salındı
Futbol üzrə klublararası dünya çempionatı nəzərdə tutulduğu kimi bu ilin dekabrında keçirilməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Koronavirus pandemiyası ilə əlaqədar bəzi konfederasiyalar Çempionlar Liqası matçlarını dekabradək bitirə bilməcəyəklər. Ona görə də FİFA turniri gələn ilin fevral ayına təxirə salıb. Yarışın fervalın 1-dən 11-dək keçirilməsi planlaşdırılır. Turnirə Qətər ev sahibliyi edəcək. Təşkilatçı ölkə iştirakçılar üçün sağlamlıq və təhlükəsizlik təminatı verib.
Qeyd edək ki, klublararası dünya çempionatı 6 qitə konfederasiyasının ən güclü klublarının və təşkilatçı ölkənin ən yaxşı komandasının iştirakı ilə keçirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin