Klublararası dünya çempionatı: İlk finalçı bəlli oldu
Futbol üzrə klublararası dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, bu gün turnirin ilk finalçısı bəlli olub.
Belə ki, ilk yarımfinal matçında Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası KONMEBOL-da çempion olmuş “Flamenqo”yla (Braziliya) qarşılaşıb. Braziliyalılar bu görüşdə 3:1 hesabıyla qalib gələrək finalda oynamaq hüququ qazanıblar.
Bu gün həm də Qətərin “Əl Sədd” klubu ilə “Esperans” (Tunis) 5-ci yer uğrunda üz-üzə gəlib. 6:2 hesabıyla qalib gələn tunislilər mundialda 5-ci yeri tutublar.
Digər yarımfinal görüşü dekabrın 18-də UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə “Monterrey” arasında baş tutacaq.
Klublararası DÇ dekabrın 21-nə qədər davam edəcək. Turnirin həlledici görüşü Qətərin paytaxtı Dohada yerləşən “Education City” stadionunda baş tutacaq. Final görüşü ilə yanaşı, 3-cü yer uğrunda oyun da məhz “Education City” stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin