
Klublararası dünya çempionatı bu ölkədə keçiriləcək
2023-cü ilin dekabrında keçiriləcək futbol üzrə Klublararası dünya çempionatının yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, turnirin təşkilatçılığı Səudiyyə Ərəbistanına tapşırılıb.
Səudiyyə Ərəbistanı 21-ci əsrdə ilk dəfə bu cür böyük turnirə ev sahibliyi edəcək.
Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək dünya çempionatına da ev sahibliyi etmək istəyir. Ərəblər Yunanıstan və Misirlə birgə ərizə verməyi planlaşdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin