Klublararası dünya çempionatı başladı

Futbol üzrə klublararası dünya çempionatına start verilib.

Komanda.az xəbər verir ki, turnirin ilk matçı Qətərin “Əl Sədd” klubu ilə Yeni Kaledoniya təmsilçisi “İanqen” arasında baş tutub.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda isə daha iki qol vuran “Əl Sədd” 3:1 hesablı qələbəyə sevinib.

Beləliklə, Qətər çempionu ikinci mərhələdə Meksika “Monterrey”i ilə qarşılaşacaq. Bu mərhələnin digər oyununda isə Tunisin “Esperans” klubu isə Asiya Çempionlar Liqasının qalibi “Əl Hilal” (Səudiyyə Ərəbistanı) üz-üzə gələcək.

Yarımfinalda UEFA Çempionlar Liqasının qalibi “Liverpul” (İngiltərə) ilə “Monterrey” – “Əl Sədd” cütünün qalibi üz-üzə gələcək. “Esperans” – “Əl Hilal” cütünün qalibi də KONMEBOL-da çempion olmuş “Flamenqo”yla (Braziliya) qarşılaşacaq.

Klublararası DÇ dekabrın 21-nə qədər davam edəcək. Turnirin həlledici görüşü Qətərin paytaxtı Dohada yerləşən “Education City” stadionunda baş tutacaq. Final görüşü ilə yanaşı, bir yarımfinal matçı və 3-cü yer uğrunda oyun da məhz “Education City” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button