Klublararası DÇ-nin keçiriləcəyi ölkə bəlli oldu
Futbol üzrə klublararası dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.
Komanda.az xəbər verir ki, turnir 2022-ci ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq.
Bununla bağlı FİFA Şurasının iclasında qəbul olunub. Turnirin dəqiq tarixi daha sonra açıqlanacaq.
Daha əvvəl Yaponiya klublararası dünya çempionatına ev sahibliyi etmək istəsə də, sonradan ölkə hakimiyyəti koronavirusla əlaqədar vəziyyətə görə bu turnirin təşkilatçılığından imtina etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin