Klublararası DÇ-də ilk finalçı bəlli oldu
Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan futbol üzrə klublararası dünya çempionatında ilk finalçı bəlli olub.
Komanda.az xəbər verir ki, ilk yarımfinal görüşündə Misirin “Əl Əhli” və Braziliyanın “Palmeyras” klubları üz-üzə gəlib.
Bu oyunda 2:0 hesablı qələbəyə sevinən Cənubi Amerika təmsilçisi adını finala yazdırıb. Braziliya klubunun heyətində qolları 39-cu dəqiqədə Rafael Veyqa və 49-cu dəqiqədə Dudu vurublar.
“Palmeyras”ın finaldakı rəqibi fevralın 9-da bəlli olacaq. Digər yarımfinal görüşü Səudiyyə Ərəbistanının “Əl Hilal” və İngiltərənin “Çelsi” klubları arasında keçiriləcək.
Eyni gündə həm də 5-ci yer uğrunda oyun keçiriləcək. Bu oyunda yarımfinala vəsiqə qazana bilməyən Meksika “Monterrey”i ilə BƏƏ təmsilçisi “Əl Cəzirə” qarşılaşacaq.
Bizi Facebook-da izləyin